Əvvəl restoranda qadını döydü, sonra avtoxuliqanlıq etdi

14
noy
2019
23:01
Qax rayonunda sərxoş şəxs qadına qarşı xuliqanlıq edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun mərkəzindəki "Qafqaz" restoranında baş verib.Restoranda spirtli içki qəbul edən rayon sakini, 1990-cı il təvəllüdlü Qəşəm Yadulla oğlu Xəlilov spirtli içkinin təsirinə düşərək səs-küy salıb. Q.Xəlilov həmin vaxt restoranda olan rayon sakini Kəmalə Cəfərovaya hücum edərək onu döyüb. Hadisə yerinə gələn polislər Q.Xəlilovu nizam-intizama dəvət etsələr də, cəhdləri boşa çıxıb. Polis əməkdaşlarını da təhqir edən sərxoş şəxs restorandan çıxaraq küçədə avtoxuliqanlıq etməyə başlayıb.Qax rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının səyi nəticəsində süni tıxac yaradılaraq Q.Xəlilov saxlanılıb.Faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Zərdabda avtoxuliqan belə həbs edildi - VİDEO
Zərdab rayonunda avtoxuliqanlıq edən şəxs polis tərəfindən saxlanılıb.BAKU.WS "Report"a istinadən xəbə verir ki, hadisə rayonun "Dörd yol" adlanan ərazisində qe...