Azərbaycanda polisi vəzifə başında döydülər

Azərbaycanda polisi vəzifə başında döydülər
Hadisə 3330
Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət alıb. BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib. Belə ki, ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.Nəticədə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb. Çənə nahiyəsindən zədə alan Ə. Xəlilov xəstəxanaya gətirilib və ona yardım göstərilib. O, müayinədən sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda kürəkən qayınanasını döyüb xəstəxanalıq etdi

Azərbaycanda kürəkən qayınanasını döyüb xəstəxanalıq etdi

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib. BAKU.WS ONA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə al...

1097 Hadisə 08:23 18 aprel 2019

Son xəbərlər