Azərbaycanda əməliyyat - Polis yaralandı

09
may
2018
12:06
Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
"Aranızda kişi yoxdur?" dediyi üçün dava düşdü - Polis bıçaqlandı
Xocavənd rayonunda hadisə yerinə gedən polis əməkdaşı bıçaqlanıb.BAKU.WS Yenicag.az-a istinadla xəbər verir ki, Xocavənd rayonunda Fəxri adlı şəxs ailə üzvləri...