Polis "Porsche"ni divara çırpdı-1 ölü

Polis Porscheni divara çırpdı-1 ölü
Hadisə 3792

Tovuzda ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Porsche" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Şakir oğlu Qəhrəmanov ölüb, sərnişinlər -  Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və  Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda avtobus “Jeep”lə toqquşdu, keçmiş polis işçisi xəstəxanalıq oldu

Azərbaycanda avtobus “Jeep”lə toqquşdu, keçmiş polis işçisi xəstəxanalıq oldu

Bakı-Qazax magistralında yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alını...

2493 Hadisə 09:23 27 mart 2017

Son xəbərlər