Maskalı şəxslər 30 yaşlı kişini döydülər

Maskalı şəxslər 30 yaşlı kişini döydülər
Hadisə 908
Ötən gecə Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Cəfərov Elnur Mahir oğlu naməlum şəxslər tərəfindən döyülüb.Bildirilir ki, onu döyən şəxslər maskalı olublar. E.Cəfərovu döyən şəxslər onu Katec qəsəbəsindəki küçələrdən birində atıblar. Bundan sonra o, qardaşına xəbər verib və Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.E.Cəfərova aşağı və yuxarı ətrafın əzilməsi diaqnozu qoyulub. Ona tibbi yardım göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıb.Faktla bağlı polis araşdırmaları aparılır.BAKU.WS

Oxşar xəbərlər

Yeznələr birləşib qayınata və qayınananı döydülər

Yeznələr birləşib qayınata və qayınananı döydülər

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə nəticəsində 1948-ci il təvəllüdl...

746 Hadisə 11:17 25 yanvar 2019

Son xəbərlər