Sumqayıtda DƏHŞƏTLİ OLAY: Kişini borca görə diri-diri basdırdılar
23
fev
2018
20:30
Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və o, yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı iş adamı diri-diri basdırıldı
Moskvada azərbaycanlı iş adamı borcunu qaytarmadığı üçün diri-diri qəbiristanlıqda basdırılıb. "Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəx...