Bakıda mağazaya hücum edən mühafizəçilər saxlanıldı - RƏSMİ (VİDEO)
Daxili İşlər Nazirliyi Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasında baş verən qarşıdurma ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Hazırda onların ifadəsi alınır.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb.
Qeyd edək ki, bu barədə ilk məlumatı bu gün səhər saatlarında "Qafqazinfo.az" saytı yayıb. Məlumatda qeyd olunur ki, "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən "Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Məlumatda o da qeyd olunub ki, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bir gəncin güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Sabunçu rayon sakininin güllələnməsi faktı ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 19-...