Bakıda bir gəncin güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda bir gəncin güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hadisə 2532
 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Sabunçu rayon sakininin güllələnməsi faktı ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 19-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1977-ci il təvəllüdlü qəsəbə sakini Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi "Makarov” tipli tapançadan həmyerlisi - 1990-cı il təvəllüdlü Elnur Dadaşova bir atəş açaraq qol nahiyəsinə xəsarət yetirib. E.Dadaşov xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.  

Ə.Babayev könüllü rayon Polis İdarəsinə gələrək təslim olmuş və cinayətin törədilməsində istifadə etdiyi tapançanı və patronları təhvil verib.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və Ə.Babayev şübhəli şəxs qismində tutulub.

Hadisə yerinə baxış keçirilərkən oradan güllə gilizi aşkar edilərək maddi sübut kimi götürülüb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

DİN Bakıdakı silahlı insidentlə bağlı rəsmi məlumat yaydı

DİN Bakıdakı silahlı insidentlə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. BAKU.WS-in xəbərinə görə, nazirliyin saytında yerləşdirilən məlumatda bildirili...

1965 Hadisə 12:48 24 yanvar 2017

Son xəbərlər