Qubada iki dost bir-birini bıçaqladı

22
fev
2019
23:27
Quba rayonunda iki tanış bir-birini bıçaqlayıb.Trend-in məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində baş verib.Rayon sakini Məmmədov Zakir Abdulla oğlu rayonun M.Ə.Rəsulzadə küçəsində tanışı, sərxoş vəziyyətdə olan Rafiq Əlməmmədovla rastlaşıb. R.Əlməmmədov Z.Məmmədovu söyüb və tanışlar arasında əlbəyaxa dava başlayıb.Hadisə zamanı R.Əlməmmədov cibindən bıçağı çıxararaq Z.Məmmədovu qorxutmaq istəyərkən onu əlindən bıçaqlayıb. Z.Məmmədov bıçağı onun əlindən almağa cəhd edib və R.Əlməmmədovu ayaq nahiyəsindən bıçaqlayıb.Sonra hər iki şəxs bıçağı zibil yeşiyinə ataraq hadisə yerindən qaçıblar.Quba rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və ərazidən hadisədə istifadə olunan bıçağı aşkar ediblər.Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında...