Bakıda ər arvadının boğazını kəsdi

Bakıda ər arvadının boğazını kəsdi
Hadisə 3942
Bakıda kişi həyat yoldaşının boğazını kəsib.BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda baş verib. Rayonun Şüvəlan qəsəbəsində yaşayan, 1973-cü il təvəllüdlü Ağayev Əfqan Teymur oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağayeva Lalə Eduard qızını bıçaqlayıb.Ə.Ağayev həyat yoldaşının başını kəsməyə cəhd edib və boğaz nahiyəsindən bıçaqlayıb. Qadının yaxınlarının köməyi ilə yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, əməliyyat olunan L. Ağayevanın vəziyyəti ağır qiymətləndirilsə də, sabitləşib.Hadisəni törədən Ə.Ağayev saxlanılıb.Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.BAKU.WS

Son xəbərlər