Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.
Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.
Beləliklə Tehran Məmmədov toplamda göstərdiyi 289 nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Bununla da o, tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...