"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
08
sen
2026
23:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı bəyanat yayıb.
"Amerika ordusu İranın üç neft tankerini hədəfə alacağı ilə hədələyib", - bəyanatda bildirilib.
Qeyd olunub ki, İran gəmilərinə qarşı hər hansı hücum baş verərsə, ABŞ cavab atəşi ilə üzləşəcək:
"İran İslam Respublikasının Silahlı Qüvvələri Amerikanın bölgədəki bazalarını və maraqlarını şiddətlə hədəfə alacaq".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...