Azərbaycanda əməliyyat: 50-dən çox insan saxlanıldı

12
okt
2019
11:58
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabr ayının 11-dən 12-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətinaçılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda 2 günlük əməliyyat - 100-dən çox cinayətkar saxlanıldı
Sentyabrın 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə...
