Azərbaycanda 2 günlük əməliyyat - 100-dən çox cinayətkar saxlanıldı

23
sen
2019
10:46
Sentyabrın 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 51 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə, ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda polis borcunu qaytarmayan 12 nəfəri tutdu
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidm...