Ötən gün yol qəzalarında 7 nəfər ölüb - DİN

12
avq
2019
14:30
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda bir gündə 39 nəfər cinayətə görə saxlanıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat x...