Azərbaycanda əməliyyat – Bir gündə 73 nəfər tutuldu
02
fev
2019
12:59
Ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 43 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə, ümumilikdə, 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda əməliyyat – 80-dan çox insan saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayətin üstü “isti izlər”lə açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU...