Azərbaycanda bir gündə 39 nəfər cinayətə görə saxlanıldı

Azərbaycanda bir gündə 39 nəfər cinayətə görə saxlanıldı
Hadisə 544
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə, ümumilikdə, 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Oxşar xəbərlər

Azərbaycanda əməliyyat zamanı 50 nəfər saxlanıldı

Azərbaycanda əməliyyat zamanı 50 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 22 cinayətin üstü “isti izlər”lə açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmə...

816 Hadisə 12:29 28 may 2019

Son xəbərlər