Azərbaycanda polis borcunu qaytarmayan 12 nəfəri tutdu

17
sen
2019
11:07
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda axtarışda olan 50-ə yaxın şəxs bir gündə saxlanıldı
Sentyabrın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə ve...