Azərbaycanda 45 nəfər saxlanıldı

27
avq
2019
10:16
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Ötən gün yol qəzalarında 7 nəfər ölüb - DİN
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məl...
