Bakıda marketdən oğurluq edən qadın tutulub

21
avq
2019
23:39
Bakıda marketdən oğurluq edən şəxs tutulub.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda saxta qızıl əməliyyatı
İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Daxili İşlər Nazirliyinin m...