Bakıda saxta qızıl əməliyyatı

18
iyn
2019
13:55
İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda orta məktəbdən oğurluq olub
Bakıda orta məktəbdən oğurluq olub.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bİnəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Böl...
