Saxta dolları manata dəyişmək istəyən şəxslər saxlanılıb

Saxta dolları manata dəyişmək istəyən şəxslər saxlanılıb
Hadisə 685
İyunun 25-də saat 21.40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəliblər.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.Araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda bankda saxta dollar əməliyyatı

Bakıda bankda saxta dollar əməliyyatı

Bakıda saxta dollar dəyişmək istəyən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 22-də Xətai Rayon Müh...

1821 Hadisə 12:37 23 iyun 2018

Son xəbərlər