Bakıda saxta pul əməliyyatı – Saxlanılan var
25
dek
2018
11:22
Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Masallıda saxta pul əməliyyatı
Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə...