Siyəzəndə saxta 100 manatlıqlarla balıq alan şəxs saxlanıldı
26
mar
2018
17:12
Siyəzən rayonunda saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanlıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Metroda qadınların telefonunu oğurlayan tutuldu
Metroda cibgirlik edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə...