VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə zamanı "VAZ-2115"in sürücüsü Şükürov Ruslan Balacan oğlu da xəsarət alıb. Bununla da qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, hadisə Göylər kəndində qeydə alınıb. "VAZ-2115" və "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində Şamaxı sakini, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu,

Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO