Azərbaycanda yol polisi maşının düşdüyü dəhşətli qəzanın görüntüləri (VİDEO)

Azərbaycanda yol polisi maşının düşdüyü dəhşətli qəzanın görüntüləri (VİDEO)
Video
Hadisə 4504

 

Ötən gün Salyanda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

ARB TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Yol Patrul Xidmətinin maşını, "Mersedes" markalı avtomobillə toqquşub. Baş verən qəzada xəsarət alanların adı məlum olub. Yaralılar Bakı şəhər sakinləri 67 yaşlı Allahverdi Ağalı oğlu Əhmədov, 31 yaşlı Ülvi  Səməd oğlu Sadıqov, 35 yaşlı Elçin Kazım oğlu Dadaşov, Salyan rayon sakinləri 29 yaşlı Elnur Zakir oğlu Əliyev və 29 yaşlı Natiq Nİfti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, Elnur Əliyev və Natiq Məmmədyarov Yol Patrul Xidməti əməkdaşlarıdır.

Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-si reanimasiya, 3-ü isə travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə zamanı ölən hər 2 nəfərin adları hələlik məlum deyil.

BAKU.WS

Son xəbərlər