Nizami rayonunda qaçqınların binasında yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
 
İlkin ehtimala görə hadisə elektrik qısaqapanması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.
 

***15:59*** 

 

Bakının Nizami rayonunda qaçqınların binası yanır.

  

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə İsmayıl Məmmədov küçəsində qaçqınların məskunlaşdığı binada baş verib. 


Hazırda hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.


Hadisəni əks etdirən fotonu journalist Əzizə İsmayılova Facebook səhifəsində paylaşıb. Fotodan da görmək olar ki, insanlar binadan çıxmağa çalışır.

 

Hadisə yerinə təciliyardım və xilasedicilər də cəlb olunub.


Ziya Babayev

BAKU.WS