VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Səddam Huseynin qardaşının meyiti qaçırılıb.


BAKU.WS–in məlumatına görə, İraq şəriət lideri Şeyx Hasan açıqlamasında İraqın keçmiş prezdenti Səddam Huseynin ögey qardaşı Vatban İbrahim əl-Həsənin meyitinin bir qrup silahlı şəxs tərəfindən qaçırıldığını bildirib. Onun sözlərinə görə, dəstə Həsənin həyat yoldaşını da oğurlayıb. 

Xatırladaq ki, Vatban İbrahim əl-Həsən həbsxanada dünyasın dəyişib. Bununla bağlı İraq Daxili İşlər Naziri avqustun 14-ü rəsmi bəyanat yaymışdı.
 
Səddam rejiminin simvollarından olan və Daxili İşlər Nazirliyi də daxil olmaqla bir sıra yüksək vəzifələrdə çalışmış Həsən (63) Ağır Cəza Məhkəməsi tərəfindən edama məhkum edilmişdi.
 
 
O, Bağdaddakı bir həbsxanada ürək çatışmamazlığından dünyasını dəyişmişdi. Bu məlumatı İraq hökumətinin rəsmiləri də təsdiq etmişdi.
 
BAKU.WS