Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 2-3-də güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI
Bakının daşınmaz əmlak bazarında, xüsusilə yeni tikili mənzillərin qiymətində artım davam edir. Oktyabr ayının nəticələrinə əsasən, paytaxtın bəzi rayonlarında...