Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ

Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ
Foto
Siyasət 12

Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təliminin yekun mərhələsi keçirilib.

BAKU.WS-in Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, təlim zamanı döyüş texnikası, aviasiya və PUA-ların iştirakı ilə müxtəlif hərbi tapşırıqlar icra olunub.

Ssenariyə uyğun olaraq antiterror əməliyyatları, şərti terrorçu qrupların zərərsizləşdirilməsi, PUA və aviasiya zərbələri, yaralıların təxliyəsi, minatəmizləmə və keçidlərin açılması üzrə tapşırıqlar yerinə yetirilib.

Dəniz istiqamətində də PUA hücumlarının qarşısının alınması, gəmi və girovların azad edilməsi, həmçinin adaya dəniz desantının çıxarılması nümayiş etdirilib.

Təlimin sonunda fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Qeyd edək ki, "Birliyin Gücü-2026" təlimi sentyabrın 21-dən oktyabrın 1-dək keçirilib.

Təlimdən fotoları təqdim edirik:

Son xəbərlər