"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
Oktyabrın 1-də Xocavənd rayonunda yerləşən Qızılqaya təlim mərkəzində "Birliyin Gücü-2026" birgə hərbi təlimi çərçivəsində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir.
BAKU.WS Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər şəxsləri, həmçinin iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri və digər yüksək səviyyəli qonaqlar iştirak edirlər.
Yüksək Səviyyəli Müşahidəçi Gününə yerli və xarici media nümayəndələri də dəvət olunub.
Tədbir iştirakçıları təlim çərçivəsində təşkil edilən sərgiyə baxış keçiriblər. Sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş, eləcə də təlim zamanı istifadə olunan silah və hərbi texnika, pilotsuz sistemlər, aviasiya vasitələri və digər xüsusi təyinatlı hərbi avadanlıqlar nümayiş etdirilib.
Daha sonra yüksək səviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri izləyəcəklər.
Qalereya
Oxşar xəbərlər
Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi "Birliyin Gücü - 2026" birgə hərbi təliminin uğurla başa çatdığını bildirib. BAKU...