Səddam Hüseynin qardaşının meyiti oğurlandı
Səddam Huseynin qardaşının meyiti qaçırılıb.
BAKU.WS–in məlumatına görə, İraq şəriət lideri Şeyx Hasan açıqlamasında İraqın keçmiş prezdenti Səddam Huseynin ögey qardaşı Vatban İbrahim əl-Həsənin meyitinin bir qrup silahlı şəxs tərəfindən qaçırıldığını bildirib. Onun sözlərinə görə, dəstə Həsənin həyat yoldaşını da oğurlayıb.
Xatırladaq ki, Vatban İbrahim əl-Həsən həbsxanada dünyasın dəyişib. Bununla bağlı İraq Daxili İşlər Naziri avqustun 14-ü rəsmi bəyanat yaymışdı.
Səddam rejiminin simvollarından olan və Daxili İşlər Nazirliyi də daxil olmaqla bir sıra yüksək vəzifələrdə çalışmış Həsən (63) Ağır Cəza Məhkəməsi tərəfindən edama məhkum edilmişdi.
O, Bağdaddakı bir həbsxanada ürək çatışmamazlığından dünyasını dəyişmişdi. Bu məlumatı İraq hökumətinin rəsmiləri də təsdiq etmişdi.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda televizor əməliyyatı: 28 minlik cinayətin üstü açıldı
Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,m...