Gədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb.

Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Samuxda yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan baş verən qısapanma nəticəsində bir nəfər yanıq xəsarətləri alaraq ölüb.

BAKU.WS