Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı avtomobil yandı
                            
                                08
                                noy
                            
                                2018
                                20:55
                            
                            
                        Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı avtomobil yanıb. "Report" xəbər verir ki, hadisə Tbilisi-Qırmızı körpü yolunda qeydə alınıb.Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəqliyyat vasitəsinin mühərrikində baş verib. Yanğınsöndürən maşın hadisə yerinə gələnə qədər yaxınlıqdakı insanların köməyi ilə yanğın söndürülüb.Hadisə yerinə patrul polisi və təcili tibbi yardım maşını cəlb olunub.Avtomobilin mühərrikinin yeni dəyişdirildiyi bildirilir.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Xocasəndə güclü yanğın olub - VİDEO
Bakının Binəqədi rayonunda yanğın baş verib. Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat verib. Bildirilib ki, hadisə Xocasəndə qeydə alınıb. Hadisə ilə əlaqəd...