Bakıda dəhşətli qəza - "Mercedes Vito" VAZ 2107 ilə toqquşdu (VİDEO)

Bakıda dəhşətli qəza -  Mercedes Vito VAZ 2107 ilə toqquşdu (VİDEO)
Video
Hadisə 16349
Bu gecə Bakının Nəsimi rayonu ərazisində dəhşətli qəza baş verib. BAKU.WS-in məlumatına görə, "90-KC-727" dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını ilə "99-LZ-551" dövlət nömrə nişanlı "Mercedes Vito" avtomobili toqquşub. Rəşid Behbudov və 28 may küçələrinin kəsişməsində qeydə alınan qəzada yaralananlar olub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn təcili yardım briqadası yaralılara ilkin yardım göstərib. Ağır yaralanan bir sərnişin isə dərhal xəstəxanaya çatdırılıb. ŞahinBAKU.WS

Son xəbərlər