Bakıda yük maşını gəlin maşını ilə toqquşdu (FOTO)

Bakıda yük maşını gəlin maşını ilə toqquşdu (FOTO)
Hadisə 4339
Bakıda yük maşını qəza törədib.BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda baş verib."Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub. Nəticədə yük avtomobili qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub.Hadisə nəticəsində yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb və qaz xəttinə ziyan dəyib.Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və Sabunçu qəsəbəsininin böyük bir hissəsinə mavi yanacaqın verilməsi dayandırılıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda 20 saylı avtobus dayanıb qəzaya baxan 5 avtomobili sürüdü (FOTOLAR)

Bakıda 20 saylı avtobus dayanıb qəzaya baxan 5 avtomobili sürüdü (FOTOLAR)

Nərimanov rayonu ərazisində iki yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, "Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının verdiyi xəbərə görə, qəza Ziya...

3533 Hadisə 15:47 06 aprel 2017

Son xəbərlər