SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Günəşli yatağında baş verən yanğının sondürülməsinin birinci fazası başa çatıb. Artıq bir quyu söndürülüb və ağzı bağlanıb”. 

BAKU.WS-in məlumatına görə, bu sözləri ANS PRESS-ə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun sözlərinə görə, itkin düşən netfçilərin axtarışı təyyarə, helikopterlər və gəmilər tərəfindən hər gün aparılır. Havanın kəskin dəyişdiyi günlərdə belə işlər davam etdirilir. 

"Əsas estakadanın dibində işləmək mümkün deyil. Ona görə ki, orada soyutma işləri gedir. Yatağa yaxın quyuların diblərində də axtarışlar aparılıcaq. Bu günə qədər 6 nəfərin meyiti tapılıb. İtkin düşmüş neftçilərin ailələrinə səbirli olmağı arzu edirik". 

Nazir bildirib ki, "Neft Daşları"nda baş verən qəzada itkin düşən 3 nəfərin də axtarışı davam etdirilir. Görülən işlər prezident İlham Əliyevin nəzarətindədir. K.Heydərov qeyd edib ki, hadisə baş verən gün Xəzəryani dövlətlərdən, o cümlədən Rusiyadan da kömək təklifi edilib. "Lakin buna ehtiyac olmadığı üçün qəbul etmədik. Çünki onların təklif etdiyi texnika bizim özümüzdə var". 

Dekabrın 4-ü axşam saatlarında "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Bir neçə gün əvvəl itkin düşənlərdən 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb. 

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı: 

1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub. 
Onların da axtarışı davam edir. 

BAKU.WS