Kəmaləddin Heydərov və Elçin Quliyev təcili "Günəşli" yatağına getdi (FOTO)
4 dekabr 2015-ci il tarixdə Xəzər dənizindəki "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri və helikopterləri dərhal hadisə yerinə səfərbər edilib və axtarış-xilasetmə işlərinə başlayıblar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, gündəlik olaraq dənizdə itkin düşmüş işçilərin axtarışı Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilməkdədir. Hal-hazırda yanğın baş vermiş özüldən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunmuşdur. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradılmış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilməkdədir.10 dekabr 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən əraziyə və axtarış rayonuna baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.
BAKU.WS
Oxşar xəbərlər
Bir helikopter hələ də neftçiləri axtarır
Dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir. BAKU.WS Föv...