5 yaşlı Natiq istirahət mərkəzlərində yoxa çıxdı - Axtarışa FHN də qoşuldu

5 yaşlı Natiq istirahət mərkəzlərində yoxa çıxdı - Axtarışa FHN də qoşuldu
Hadisə 5672
Ötən gün axşam saatlarında 5 yaşlı Natiq Əliyev Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb. “Qafqazinfo” hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Məlum olub ki, hadisə xınayaxdı mərasimində baş verib. N. Əliyev həmyaşıdları ilə oynayırmış. Bir müddət sonra isə valideynləri onu tapa bilməyiblər. Məsələ bağlı polisə dərhal məlumat verilib. Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu da azyaşlının tapılması istiqamətində işlərə başlayıb. Hələ ki, nəticə yoxdur. Hazırda uşağın valideynləri də Əski Qırıq kəndindədirlər.Qeyd edək ki, ailənin özü Quba şəhərində yaşayır.Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: (070) 207-09-97.BAKU.WS

Son xəbərlər