Ata qızını axtarır - Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur - VİDEO
 
                            
                            
                                28
                                avq
                            
                                2017
                                09:23
                            
                            
                        Sumqayıtda 22 yaşlı qız itgin düşüb. Atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur.Səfər Əsədov böyüdüb boya - başa çatdırdığı qızından 5 gündür xəbərsizdir. Anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub: Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir: Məsələ ilə bağlı, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən məlumat verdilər ki. 22 yaşlı Əfsanə Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Ata bir aydır ki, qızını axtarır - İtkin düşüb, yoxsa qaçırılıb? - VİDEO
Sabirabadda kənd yerində yaşayan 18 yaşlı qız evdən qaçıb. Polis onu tapsa da, qız niyə evdən qaçdığı və ya kiminsə tərəfindən qaçırıldığı haqda məlumat verməyi...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    