İmişlidə toy gecəsi qaçan gəlin danışdı

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə İmişli rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.
Aprelin 16-da valideynləri polisə ərizə yazaraq qızlarının itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, yoxa çıxan qız öz istədiyi oğlana, rayonun Rəsullu kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Kamran Möhübbət oğluna qoşulub qaçıb. Aprelin 16-da rayon polis şöbəsi ilə əlaqə saxlayan qız heç kim tərəfindən məcburi oğurlanmadığını, öz istəyi ilə qaçdığını təsdiqləyib. Daha sonra qızla oğlan rayon polis şöbəsinə gələrək izahat da yazıb.
Şöbədən bildiriblər ki, hazırda qızla-oğlan rayonun Rəsullu kəndində, oğlanın ata evində yaşayır.
Faktla bağlı İmişli rayon Pois Şöbəsində araşdırmalar aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda şok hadisə: Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdı
İmişlidə toyu olan gəlin toy gecəsi evdən qaçıb. Aprelin 15-də İmişli şəhəri "Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini...
