Saatlıda 10 yaşlı uşaq “intihar etməyə gedirəm” yazıb yoxa çıxdı (YENİLƏNİB)
Saatlı rayonunda uşaq su kanalına düşüb.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində 1 azyaşlının suya düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir.
Virtualaz.org saytınnın Şirvan bürosunun əldə etdiyi məlumata görə, ötən gündən itkin düşüdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.
Xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına "intihar etməyə gedirəm” cümləsini yazaraq yoxa çıxıb. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.
Hazırda FHN-nin müvafiq qurumunun dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalında axtarış işləri aparılır. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
"Binə" ticarət mərkəzində yanğın
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda "Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə m...