VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopterlərlə axtarışları davam edir.


Yanğınla əlaqədar yaradılmış qərargahdan BAKU.WS-ə verilən məlumata görə, Xəzərdə itkin neftçilərin axtarışlarını həyata keçirən helikopterlərindən 3-ü hava şəraiti ilə əlaqədar işi dayandırıb. Hazırda bir helikopter vasitəsi ilə havadan axtarışlar həyata keçirilir.

Gəmilərin işində isə fasilə http://az.baku.ws/yaranmayıb. Onlar axtarışı həyata keçirirlər. Axtarış tədbirlərinə bir təyyarənin də cəlb edilməsi nəzərdə tutulub. Onun da havanın şəraitindən asılı olaraq yaxın vaxtlarda işə başlayacağı bildirilir.

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın isə hələ də söndürülməyib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerində çalışırlar.

Ziya Səccad
BAKU.WS