SİZİN REKLAM BURADA!
055 213 76 73


 
SOCAR "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş yanğınla bağlı açıqlama yayıb. 
 
BAKU.WS məlumatı təqdim edir: 
                                                              
Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur.Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir. 

Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılmışdır. Qərargahın əlaqə telefonları: 

+994 12 5211019 

+994 50 2293521 

+994 50 2457005

BAKU.WS