Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib

Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib
Video
İdman 66

UFC 329 turnirinin əsas qarşılaşması Maks Holloueyin inamlı qələbəsi ilə yekunlaşıb. Havaylı döyüşçü uzun fasilədən sonra oktaqona qayıdan Konor Makqreqoru ilk raundda texniki nokautla məğlub edib.

BAKU.WS xəbər verir ki, Las-Veqasda keçirilən döyüş cəmi 69 saniyə davam edib. Qarşılaşmanın əvvəlində hücuma keçməyə çalışan Makqreqor sağ dizindən zədələnib.

İrlandiyalı idmançı döyüşü davam etdirə bilmədiyi üçün referi qarşılaşmanı dayandıraraq Holloueyi texniki nokautla qalib elan edib.

Bu, Holloueyin Makqreqordan illər sonra aldığı revanş olub. Tərəflər ilk dəfə 2013-cü ildə üz-üzə gəlmiş, həmin qarşılaşmada hakimlərin yekdil qərarı ilə Konor Makqreqor qalib gəlmişdi.

Qeyd edək ki, UFC 329 Makqreqorun 2021-ci ildən sonra təşkilatda keçirdiyi ilk döyüş kimi yadda qalıb. Lakin onun geri dönüşü erkən zədə səbəbindən uğursuz alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər