Suraxanıda qonşular arasında internet kabelinə görə dava düşdü, ölən var
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib.
Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.
Qətli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, həyatını itirən şəxsin üç azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin...