Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR

Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Si̇yahı
Sosial 65

Azərbaycanda bələdiyyə torpaqlarının satışı və uzunmüddətli icarəyə verilməsi ilə bağlı növbəti hərracın tarixi açıqlanıb.

BAKU.WS-in məlumatına görə, torpaq müsabiqələri və hərracları 12 avqustda keçiriləcək.

Bu dəfə ölkənin müxtəlif rayonlarını əhatə edən ümumilikdə 29 torpaq sahəsi hərraca çıxarılıb. Torpaq sahələri əsasən kənd təsərrüfatı fəaliyyəti, heyvandarlıq, bağçılıq, fərdi yaşayış evi tikintisi və sahibkarlıq məqsədləri üçün nəzərdə tutulub.

Hərraca çıxarılan torpaqlar Xızı, Siyəzən, Zərdab, Goranboy, Şabran, Xaçmaz, Cəlilabad, Yardımlı, Qobustan, Qax və Balakən rayonlarını əhatə edir.

Ən böyük torpaq sahəsi Xızı rayonunun Sitalçay kəndində yerləşən 110 hektarlıq örüş sahəsidir. Bu ərazi 15 il müddətinə heyvandarlıq məqsədilə icarəyə veriləcək. İlkin hərrac qiyməti isə 5 940 manat müəyyən edilib.

Hərracda fərdi yaşayış evi tikintisi üçün də bir neçə torpaq sahəsi satışa çıxarılıb. Belə ki, Xaçmaz rayonunun Nağıoba kəndində 430 və 1200 kvadratmetrlik, Nərəcan bələdiyyəsinin Qıraqlı kəndində isə 547 kvadratmetrlik yaşayış təyinatlı torpaq sahələri alıcılara təqdim olunacaq.

Bundan başqa, Goranboy rayonunun Borsunlu kəndində yerləşən 30 kvadratmetrlik sahibkarlıq təyinatlı torpaq sahəsi də satışa çıxarılıb. Onun ilkin qiyməti 1800 manat təşkil edir.

Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün əkin və örüş sahələri 5 və 15 il müddətinə icarəyə təklif olunur. Bu torpaqların böyük hissəsi heyvandarlıq, əkinçilik və bağçılıq fəaliyyəti üçün nəzərdə tutulub.

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər torpaq sahələri ilə bağlı ətraflı məlumatı müvafiq Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrindən və ya torpaq bələdiyyəyə məxsusdursa, həmin bələdiyyələrdən əldə edə bilərlər.

Ərazi Qurum Əməliyyat Sahə Təyinat İlkin qiymət (AZN)
Xızı, Şorabad Giləzi Bələdiyyəsi 15 illik icarə 3 ha Heyvandarlıq 162
Xızı, Sitalçay Giləzi Bələdiyyəsi 15 illik icarə 110 ha Heyvandarlıq 5 940
Siyəzən, Tuğay Yenikənd Bələdiyyəsi 15 illik icarə 5 000 kv.m Kənd təsərrüfatı istehsalı 55
Zərdab, Bıçaqçı Bıçaqçı Bələdiyyəsi 15 illik icarə 2 ha Kənd təsərrüfatı istehsalı 300
Zərdab, Bıçaqçı Bıçaqçı Bələdiyyəsi 15 illik icarə 1,3 ha Kənd təsərrüfatı istehsalı 195
Zərdab, İsaqbağı Dəkkəoba Bələdiyyəsi 15 illik icarə 1 ha Heyvandarlıq 130
Goranboy, Borsunlu Borsunlu Bələdiyyəsi Satış 30 kv.m Sahibkarlıq 1 800
Şabran, Pirəmsən Gəndov Bələdiyyəsi 15 illik icarə 3 ha Heyvandarlıq 360
Şabran, Rəhimli Rəhimli Bələdiyyəsi 15 illik icarə 1,94 ha Kənd təsərrüfatı istehsalı 194
Xaçmaz, Dədəli Qusarçay Bələdiyyəsi 15 illik icarə 3,9 ha Kənd təsərrüfatı istehsalı 487
Xaçmaz, Sibiroba Qusarçay Bələdiyyəsi 15 illik icarə 4 ha Kənd təsərrüfatı istehsalı 500
Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 430 kv.m Fərdi yaşayış evi 2 266
Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 324
Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 324
Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 324
Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 328
Xaçmaz, Qıraqlı Nərəcan Bələdiyyəsi Satış 547 kv.m Fərdi yaşayış evi 3 610
Xaçmaz, Meçitoba Nərəcan Bələdiyyəsi 15 illik icarə 7 000 kv.m Kənd təsərrüfatı istehsalı 140
Xaçmaz, Yataqoba Nərəcan Bələdiyyəsi 15 illik icarə 1,43 ha Kənd təsərrüfatı istehsalı 286
Cəlilabad, Seyidbazar Cəlilabad Bələdiyyəsi 15 illik icarə 1,34 ha Kənd təsərrüfatı istehsalı 382
Yardımlı, Gilar Şəfəqli Bələdiyyəsi Satış 521 kv.m Fərdi yaşayış evi 2 100
Qobustan, Bəklə Cəyirli Bələdiyyəsi 15 illik icarə 2,67 ha Kənd təsərrüfatı istehsalı 267
Qobustan, Bəklə Cəyirli Bələdiyyəsi 15 illik icarə 2,6 ha Kənd təsərrüfatı istehsalı 260
Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 7,76 ha Kənd təsərrüfatı istehsalı 1 552
Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 1,95 ha Kənd təsərrüfatı istehsalı 390
Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 1,63 ha Kənd təsərrüfatı istehsalı 326
Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 4,30 ha Kənd təsərrüfatı istehsalı 860
Balakən, Püştətala Kortala Bələdiyyəsi 15 illik icarə 8 000 kv.m Bağçılıq 240
Balakən, Püştətala Kortala Bələdiyyəsi 15 illik icarə 4 100 kv.m Bağçılıq 123
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər