Dilarə Kazımovadan ETİRAF: "Məhv olmaqdan qorxuram"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Dilarə Kazımova olub.
O, sevginin insanı həm yüksəldə, həm də məhv edə biləcəyini söyləyib:
"Sevgi məni həm yüksəldib, həm də məhv edib. Mən sevəndə bunu bütün ürəyimlə, böyük hisslərlə yaşayıram. Əvvəllər elə sevir, hətta məhv olmağa belə hazır idim. İndi isə o qədər dərin sevə bilmirəm, çünki məhv olmaqdan qorxuram".
Dilarə Kazımova həyatına daxil olacaq insanın onu necə təsirləndirə biləcəyi sualına isə belə cavab verib: "O, fərqli biri olmalıdır. Mən həyatımda daha çox alovlu sevgi istəyirəm. Bir sənətçi kimi qısamüddətli olsa belə, orada çoxlu emosiya yaşamağa üstünlük verirəm. Çünki məhz bu emosiyalar mənə mahnılarımı yazmağa və kliplərimdə özümü ifadə etməyə ilham verir".
Oxşar xəbərlər
İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır"
Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan dan...