SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yaşlı qadın ehtiyatsızlıqdan yanaraq ölüb.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 14-də baş verib.

Həmin evdə yaşayan 1932-ci il təvəllüdlü Səfərzadə Ziba Əlağa qızı evdə olarkən naməlum şəraitdə üzərindəki paltarları alışıb.

Ağır dərəcəli yanıq xəsarətləri alan qadın Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS