VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə paytaxt Bakıda müşahidə olunan yağıntılı hava bəzi fəsadlara səbəb oldu və sel nəticəsində 8 nəfər avtomobildə köməksiz qalıb.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliynin saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb, nəticədə hərəkət məhdudlaşaraq vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:43-də başa çatıb.

Ziya Səccad

BAKU.WS